İcbari Tibbi Sığorta Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması.nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 500 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Müsabiqənin başlama tarixi və vaxtı: 23.06.2023 11:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 18.07.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 26.07.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 27.07.2023 16:00
Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D.
Çatdırılma müddəti - Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra bütün avtomobillər İcraçı tərəfindən 12 (on iki) aydan gec olmayaraq Sifarişçiyə təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış.
Nizamnamə.
Qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
İxtisas göstəriciləri:
İddiaçılar təklif etdikləri avtomobillərin həm şassisi, həm də üst qurğusu istehsalçısından Azərbaycan üzrə ekskluziv satış və servisini təsdiq edən istehsalçı firmanın etibarnaməsi (MAF) avtorizasiya məktubunu təqdim etməlidirlər.
.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Rəhimov, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 310 07 70 (2022)
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Xüsusi 2 differensiallı reanimobil (4x4) təcili tibbi yardım avtomobili. |
Tenderin əsas şərtlər toplusunda xüsusi 2 differensiallı (4x4) reanimobil təcili tibbi yardım avtomobillərinin və təchiz olunacaq tibbi avadanlıqların texniki spesifikasiyası üzrə zəruri minimal tələblər qeyd edilmişdir. |
14 |
ədəd |
2 |
Perinatal küvəzlə təchiz olunmuş (4x2) təcili tibbi yardım avtomobili. |
Tenderin əsas şərtlər toplusunda perinatal küvəzlə təchiz olunmuş (4x2) təcili tibbi yardım avtomobillərinin və təchiz olunacaq tibbi avadanlıqların texniki spesifikasiyası üzrə zəruri minimal tələblər qeyd edilmişdir. |
9 |
ədəd |
3 |
Reanimobil (4x2) təcili tibbi yardım avtomobili. |
Tenderin əsas şərtlər toplusunda reanimobil (4x2) təcili tibbi yardım avtomobillərinin və təchiz olunacaq tibbi avadanlıqların texniki spesifikasiyası üzrə zəruri minimal tələblər qeyd edilmişdir. |
55 |
ədəd |
4 |
Mamoqrafiya cihazı ilə təchiz olunmuş (4x2) təcili tibbi yardım avtomobili. |
Tenderin əsas şərtlər toplusunda mamoqrafiya cihazı ilə təchiz olunmuş (4x2) təcili tibbi yardım avtomobillərinin və təchiz olunacaq tibbi avadanlıqların texniki spesifikasiyası üzrə zəruri minimal tələblər qeyd edilmişdir. |
2 |
ədəd |