İcbari Tibbi Sığorta Agentliyi ""Yeni yük avtomobillərinin, həmçinin mövcud yük avtomobilləri üçün arxa hidravlik liftlərin" satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Az-Tex-İmport" MMC (VÖEN: 2004502101) tenderin qalibi olub.
Qalib şirkətə 2 369 000 manat ödəniləcək.
"Az-Tex-İmport" MMC daha öncə də agentliklə 14 199 336 manat dəyərində "Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması" tenderi üzrə satınalma müqaviləsi imzalayıb (23.11.2022).
Qeyd edək ki, şirkət 19.07.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 226 010 manatdır. Qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur.
Hüquqi ünvanı Az1142, Bakı Şəhəri Xətai Rayonu, Telnov, Ev 2347/48, M. 290-də yerləşir.