Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Respublika mühafizə hissələrinə xidməti istifadə üçün nəqliyyat vasitələrinin satınalınması nəzərdə tutulub.
Qeyd edək ki, 1 ədəd sedan tipli yeni avtonəqliyyat vasitəsi (buraxılış ili: 2024, yürüş: 0 km, benzin) və 10 ədəd sedan tipli yeni avtonəqliyyat vasitəsi ( buraxılış ili: 2024, yürüş: 0 km, benzin-hibrid) avtomobilləri satın alınacaq.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1400043501
Satınalan təşkilatın ünvanı: Mərdanov qardaşları 99a
Ehtimal olunan qiymət: 517.300,00 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 15.07.2024 15:26
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 12.08.2024 16:00
Zərflərin açılış tarixi və vaxtı: 12.08.2024 16:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Neman Əliyev, Baş Mühafizə İdarəsinin Maliyyə və Təchizat şöbəsinin rəis müavini
Email : [email protected]
Əlaqə telefonu : +994506299450