Dövlət İmtahan Mərkəzi "Dövlət İmtahan Mərkəzinin İmtahan Korpusunun İT infrastrukturunun təşkili üçün zəruri olan avadanlıqların və işlərin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib "Bakinity Distribution" MMC (VÖEN: 1001473201) seçilib.
Tenderin dəyəri 2 780 080 manatdır.
"Bakinity Distribution" MMC daha öncə Maliyyə Nazirliyi ilə 391 908 manat məbləğində Maliyyə Nazirliyinin bəzi şəbəkə avadanlıqlarının və onların əlaqə modullarının satın alınması tenderi üzre satınalma müqavilə imzalayıb (14.06.2023).