Səhiyyə Nazirliyi müxtəlif xidmətlərə və alışlara aid 6 iri tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ən böyük tender «Avromed» qazanıb. Tenderlər aşağıdakı kimi bölüşdürülüb.
1. AvroMed Company QSC (Lot 1 – Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatların satınalınması) – 29 832 895.7 AZN
2.M-Complex MMC (Lot 3 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satınalınması) – 264 247.41 AZN
3. Zeytun Pharmaceuticals MMC (Lot 3 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satınalınması) – 19 158 724.31 AZN
4.Fuad-Kimya Servis MMC (Lot 4 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması) – 3 678 819.95 AZN
5. Albatros Heltkeyr MMC (Lot 4 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması) – 850 381.09 AZN
6. Labservis LTD MMC (Lot 4 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması) – 3 548 549.36 AZN