2019-cu ilin dövlət büdcəsinə Fövqəladə Hallar Nazirliyinə (FHN) müxtəlif məqsədlər üçün 216,4 milyon manatın ayrılması nəzərdə tutulsa da, nazirlik bu ilin ilk 10 ayında cəmi 1,3 milyon manatlıq tender keçirib.
Bu barədə FED .az TENDER-in araşdırmasında məlum olub.
Eləcə də bax: FHN-in tenderlərini kim udur? – SİYAHI, QALİBLƏR, MƏBLƏĞLƏR
Qeyd edək ki, nazirliyin rəsmi elan edib nəticələrini açıqladığı tenderlər vasitəsilə satınalmaların ümumi məbləği 1 milyon 321 min manat təşkil edib. Bu məbləğ nazirliyə büdcədən ayrılması nəzərdə tutulan vəsaitin cəmi 0,6%-i deməkdir.
Xatırladaq ki, 2019-cu ilin dövlət büdcəsində FHN-ə:
- Hüquq mühafizə orqanı olaraq 182 milyon 309,4 min manat
- Təhsil sahəsində digər müəssisə və tədbirlər üçün 5 milyon 818 min manat
- Səhiyyə sahəsinə aid edilən xidmətlər üçün 3 milyon 292,5 min manat
- Gənclər siyasəti üçün 395,2 min manat
- Su təsərrüfatı məqsədilə 4 milyon 561 min manat
- Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün 20 milyon manat ayrılması nəzərə tutulub.