Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Respublika üzrə bir sıra təhsil müəssisələrinin təmir işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Meqaplus” firması olub.
Qalib şirkətlə 1 498 065 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Meqaplus” firması 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Abuzər Seyidov Bəkir oğludur. Hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, məh 3, ev 6/21, m. 14 ünvanında yerləşir.