Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
Regionlarda olan 5 DOST filialı təmir ediləcək - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “İdeal TM” QSC olub.
Qalib şirkətə 6 400 875 manat ödəniləcək.
Qeyd edək ki, “İdeal TM” QSC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əfqan Əliyev Tapdıq oğludur. Hüquqi ünvanı AZ1078, Bakı Şəhəri Nəsimi Rayonu, Tiflis pr, ev 44 C, m. 0 ünvanında yerləşir.