Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Qarabağda tikinti və bərpa işləri ilə bağlı 3 tenderə yekun vurub.
FED.az xəbər verir ki, hər 3 tenderin qalibi “Bakı Abadlıq Xidməti” ММC olub.
Qalib şirkətlə ümumilikdə 33 735 226 manat dəyərində müqavilələr imzalanıb.
Qeyd edək ki, “Bakı Abadlıq Xidməti” ММC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Binnət Əli Qasımov Oktay oğludur. Hüquqi ünvanı AZ1006, Bakı şəhəri Yasamal rayonu, Tağı Şahbazi, ev 8, m. 504 ünvanında yerləşir.
Satınalma predmeti və məbləğlər aşağıdakı cədvəldə :
Satınalma predmeti |
Məbləğ |
Xocavənd rayonu Xocavənd kəndində tikinti və bərpa işləri |
9 046 206 AZN |
Tərtər rayonu Umudlu qəsəbəsində tikinti və bərpa işləri |
9 146 270 AZN |
Şuşa rayonu Malıbəyli kəndində yerləşən 14 binadan ibarət mövcud yaşayış kompleksinin təmiri və bərpa işləri |
15 542 750 AZN |
YEKUN : 33 735 226 AZN |