İqtisadiyyat Nazirliyi “Aboasiya” MMC ilə 34 min manata yaxın müqavilə imzalayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin fəaliyyətinin təmin olunması ilə bağlı çap materiallarının satın alınması nəzərdə tutulub.
Müqaviləyə əsasən, İqtisadiyyat Nazirliyi bu şirkətə 33 629 manat ödəyəcək.