“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Kommunal təyinatlı texnikaların satın alınması” tenderinin nəticələrini elan edib.
DİN avtomobillər alır - TƏQRİBİ QİYMƏT - TENDER ELANI
FED.az xəbər verir ki, tenderin qalibi “Az-Tex-Import” MMC olub.
Qalib şirkətə 31 400 008 manat ödəniləcək.
Qeyd edək ki, “Az-Tex-Import” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı AZ1142, Bakı Şəhəri Xətai Rayonu, Telnov, ev 2347/48, m. 290 ünvanında yerləşir.
Tender çərçivəsində aşağıdakı cədvəldə qeyd edilmiş texnikalar satın alınacaq :
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
Kod |
1 |
Elektrik mühərrikli şassi üzərində özüboşaldan yük avtomobili |
(8 m3 həcmli) (Kiçik həcmli özüboşaldan (süpürtünün daşınması üçün) |
20 |
ədəd |
25101928 |
2 |
Ekskavator-yükləyici |
(Qazma-yükləmə) |
12 |
ədəd |
25101949 |
3 |
Elektrik mühərrikli şassi üzərində teleskopik platforma |
(İşləmə hündürlüyü 28m) |
16 |
ədəd |
25181602 |
4 |
Xüsusi təyinatlı universal yük avtomobili (dəyişilə bilən): |
14 tonluq su çəni öndən şırnaqlı, 8 tonluq bunkerli duz səpmə qurğusu, süpürgəli və qarşısında qar kürüyən təknə ilə birlikdə (Su daşınması, yolların dezinfeksiya edilməsi, yuyulması, süpürülməsi, qardan təmizlənməsi, buzlama əlehinə duzlanması) |
12 |
ədəd |
25181602 |
5 |
Məişət tullantısı daşıyan yük avtomobili 22 m³ həcmli üst qurğusu ilə |
(Məişət tullantısı daşıyan) |
20 |
ədəd |
25101914 |
6 |
Elektrik mühərrikli şassi üzərində 8 m³ həcmli üst qurğusu ilə məişət tullantısı daşıyan yük avtomobili |
(Məişət tullantısı daşıyan) |
10 |
ədəd |
25101914 |
7 |
Avtokran |
(Yükgötürmə qabiliyyəti 25 t, qolunun uzunluğu 38.5 m) |
2 |
ədəd |
25181602 |