Azərbaycanın dövlət satınalmaları sahəsində yeni «tender çempionu» ortaya çıxıb.
Balakəndə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, təqribən 1 il əvvəl yaradılmış “Etnik Gələcək-2021” MMC adlı şirkət cəmi 1 həftə ərzində 9 tender qazanaraq adını dövlətsatınalmaları tarixinə yazmağı bacarıb.
Dövlət qurumundan böyük "yemək" tenderi - ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Martın 3-dən 10-dək şirkət ümumi məbləği 2,15 milyon manat olan dövlət satınalmalarını qazanıb. Maraqlıdır ki, “Etnik Gələcək-2021” MMC yalnız Bakının rayonlarındakı tenderlərdə qalib gəlir. Belə ki, şirkət Bakının Nizami, Nəsimi, Xətai rayonlarında tenderləri udub. Bunlar parklar üçün zibil qabı almaqdan tutmuş məişətdə istifadə olunan əşyalara qədər ən müxtəlif satınalmalardır.
Digər maraqlı məqam odur ki, şirkətin iri tenderlərinin heç biri 300 min manatlıq həddi keçmir. Nəhayət, ötən il “Etnik Gələcək-2021” daha çox Mədəniyyət Nazirliyi ilə işləyib.
Qeyd edək ki, “Etnik Gələcək-2021” MMC 22.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Əbilov Qabil İslam oğludur. Bakı şəhəri Binəqədi rayonu, Həmzə Babaşov 9 MKR, ev 6, m. 37 ünvanında qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 100 manatdır.
Beləliklə “Etnik Gələcək-2021” MMC şirkətinin son 1 həftədə qazandığı tenderlər:
|
|
|
|
|
1 |
XƏZƏR RAYON MƏNZİL- KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ |
Təsərrüfat işlərində istifadə ediləcək bir sıra malların satınalınması |
296 109 AZN |
03.03.2022 |
2 |
NƏRİMANOV RAYON MƏNZİL KOMMUNAL TƏSƏRRÜFAT BİRLİYİ |
Təsərrüfatda istifadə ediləcək malların satın alınması |
295 330 AZN |
03.03.2022 |
3 |
XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ |
Təsərrüfatda çalışan əməkdaşlar üçün bir sıra malların satınalınması
|
290 138 AZN |
09.03.2022 |
4 |
NİZAMİ RAYON MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ |
Məişətdə istifadə olunacaq bir sıra malların satınalınması |
211 409 AZN |
09.03.2022 |
5 |
NİZAMİ RAYON MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ |
Müxtəlif təyinatlı işlərdə istifadə olunacaq malların satın alınması
|
120 549 AZN |
09.03.2022 |
6 |
NİZAMİ RAYON MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ |
Parkları abadlaşdırmaq üçün zibil qutuların satın alınması |
59 472 AZN |
09.03.2022 |
7 |
XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ |
Məişət işlərində istifadə olunacaq bir sıra malların satınalınması
|
293 305 AZN |
10.03.2022 |
8 |
NƏSİMİ RAYON MƏNZİL KOMMUNAL TƏSSƏRÜFATI BİRLİYİ |
Təsərrüfat işlərində lazım olan mallarının satınalınması |
294 875 AZN |
10.03.2022 |
9 |
NƏSİMİ RAYON MƏNZİL KOMMUNAL TƏSSƏRÜFATI BİRLİYİ |
Parkları abadlaşdırmaq üçün lazım olan skameyka və tullantı qutularının satınalınması |
296 758 AZN |
10.03.2022 |