Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrində dövlət təminatında olan təhsil alanların 2022-ci ilin may-dekabr ayları ərzində yeməklə təchizatının satın alınması məqsədilə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər 1700 (bir min yeddi yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi, 18 nömrəli ünvandan (əlaqələndirici şəxs: İlham Şixbabayev, tel: (+99412) 465 73 48) ala bilərlər:
Təşkilat: Təhsil Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi
Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı
Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/h: AZ88IBAZ38030019441856517211
VÖEN: 1500016711
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən bank arayışı);
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmasını təsdiq edən sənəd kimi qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışı;
- iddiaçının 2021-ci ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçı tərəfindən doldurulmuş tenderin Əsas şərtlər toplusunun “Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat” cədvəli (Əlavə 1);
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, eləcə də satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər;
- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;
- iddiaçının tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır; ödəniş şərtləri barədə məlumatlar tender təklifinin tərkib hissəsi sayılaraq təqdim olunmalıdır);
- iddiaçının tender təklifinin bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil etməlidir).
İcraçı malların korlanmadan və zədələnmədən, Sifarişçinin müəyyən etdiyi sonuncu təyinat məntəqəsinə (təhsil müəssisələrinə) qablaşdırma, markalanma və daşınmasını təmin etməlidir. Müqavilə imzalandığı tarixdən 31 dekabr 2022-ci il tarixədək mallar (iş və xidmətlər) dövlət təminatında olan təhsilalanların müvafiq yaş qrupları üzrə hazırlanmış 14 sayda gündəlik menyulara uyğun sıra ardıcıllığı gözlənilməklə bu müddət ərzində tenderin Əsas şərtlər toplusunda göstərilmiş 55 təhsil müəssisəsində gündəlik təhvil verilməlidir.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 22.04.2022-ci il saat 16:00-dək tender təklifi və tender təklifinin bank təminatını 04.05.2022-ci il saat 16:00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 05.05.2022-ci il saat 16:00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.