Bakıxanov qəsəbəsi bələdiyyəsinin təmir-tikinti müəssisəsi paytaxtın Sabunçu Rayon Kommunal Təsərrüfatı İdarəsinin tenderində qalib gəlib. FED.az xəbər verir ki, bu, 1999-cu ildən bəri yerli özünüidarə orqanları fəaliyyətə başlayandan bələdiyyə müəssisəsinin dövlət strukturu ilə ilk publik müqaviləsidir.
Dövlət satınalmalarının reyestrinə əsasən, "Dizayn, Layihə, Təmir, Tikinti və Xidmət" MMC Bakının Sabunçu rayonunun KTİ-dən nasoso təmiri üçün 109,9 min manat alacaq.
Müqavilə 12 sentyabr tarixində imzalanıb. Təmir ediləcək nasosların sayı, işlərin icra müddəti haqqında məlumat verilmir.