"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC yedək gəmisinin (işçi kateri ilə birgə) satın alınmasına dair elan etdiyi təkliflər sorğusuna yekun vurub.
Eləcə də bax: “Albayrak” Bakı Limanının gübrə terminalının inşasına - SƏRMAYƏ QOYACAQ
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi Türkiyəyə məxsus “Loyd Tersanecilik ve Denizcilik San. ve Tic. Ltd." şirkətidir.
Qalib şirkətə 5,053 milyon manat ödəniləcək. (Report)