“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Türkiyənin “Albayrak” şirkətlər qrupu arasında əldə edilmiş razılığa əsasən, tərəflər Bakı Limanı ərazisində gübrə terminalının inşası və idarəedilməsi sahəsində sıx əməkdaşlıq edəcəklər.
Eləcə də bax: “Albayrak” Bakı Limanının gübrə terminalının inşasına - SƏRMAYƏ QOYACAQ
FED.az xəbər verir ki, son illər liman vasitəsi ilə Mərkəzi Asiyadan Avropaya daşınan gübrə məhsullarının həcminin sürətli artması Türkiyə holdinqinin diqqətini cəlb edib.
Təkcə ötən il limanla daşınmış gübrənin həcmi əvvəlki illə müqayisədə 66% çox - 1,1 milyon tona yaxın olsa da, mövcud potensialın əldə edilmiş nəticədən qat-qat çox olduğu bildirilir. Bunun üçün də ötən ildən başlayaraq Bakı Limanında illik yükaşırma gücü 2,5 milyon ton olan yeni gübrə terminalının və tutumu 60 000 ton olan gübrə anbarlarının tikintisi həyata keçirilir.
Bakı Limanının strategiyasına uyğun olaraq dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi çərçivəsində "Albayrak" şirkətlər qrupu ilə imzalanmış müqaviləyə əsasən sözügedən holdinq, növbəti ilin ilk yarısında istifadəyə verilməsi nəzərdə tutulan bu terminalın idarə edilməsində iştirak edəcək. Müxtəlif ölkələrdə liman idarəetməsi təcrübəsi olan “Albayrak” bu terminalınmiş bu razılaşma ilə gübrə məhsullarının daha böyük həcminin Bakı Limanı vasitəsilə, Azərbaycandan tranzit keçidinin təmin edilməsi hədəflənir ki, bunun sayəsində də ölkə iqtisadiyyatına əlavə dəyər qatılacaq. Yeni terminalın tam gücü ilə işləməsinin təmin edilməsi ilə daha çox iş yerlərinin yaradılması mümkün olacaq. Bundan başqa hazırda Bakı Limanında gübrə məhsullarının aşırılması “Ümumi yük terminalı”nda icra edilir ki, yeni gübrə terminalının işə düşməsi ilə bu məhsulların aşırılmasında artıma nail olunmaqla yanaşı Limanın ümumi yük həcmində də artım olacağı proqnozlaşdırılır. (Report)