13 aprel 2026-cı il tarixində, saat 11:00-da “Bakı Elektriktökmə” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 5 ünvanında, Cəmiyyətin inzibati binasında olacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
-
Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
-
Cəmiyyətin 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
-
Cəmiyyətin ləğv edilməsi barədə qərarın qəbul edilməsi;
-
Cəmiyyətin ləğv edilməsi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi);
-
Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki şəxs) təyin olunması;
-
Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlər.
Ümumi yığıncaqda iştirak edən səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər. Şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi halda, səhmdarın yığıncaqda iştirakı qeydə alınmayacaqdır.
Əlavə məlumat üçün əlaqə telefonu: (050) 327-60-20












