“Xəzri Solutions” MMC-nin iflası ilə bağlı məhkəmə baxışı keçiriləcək.
Ərizəçi “AECOM Exp Russia Limited” şirkətinin iddia ərizəsi əsasında ləğv prosesində olan “Xəzri Solutions” MMC-nin (VÖEN: 1400725191) iflası haqqında iş üzrə məhkəmə baxışı təyin edilib.
Məhkəmə iclası 24 fevral 2026-cı il saat 12:30-da hakim Fərid Hətəmzadənin sədrliyi ilə Bakı Kommersiya Məhkəməsinin binasında keçiriləcək. İşin nömrəsi e-2-2(113)-10403/2025-dir.
Qeyd edək ki, “Xəzri Solutions” MMC-nin hüquqi ünvanı AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 206, 466-cı məhəllədir. Ərizəçi “AECOM Exp Russia Limited” şirkətinin poçt ünvanı isə Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi 15, mənzil 28-30 olaraq göstərilib.












