“Azərxalça” ASC əl xalçalarının toxunması üçün xammalın satın alınması məqsədilə açıq tender elan edir.
Azərbaycan Milli Antidopinq Agentliyi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalında tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Tenderdə iştirak etmək istəyən təşkilatlar yalnız portaldan “ASAN Ödəniş” sistemi vasitəsi ilə aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.
İştirak haqqı 150 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-müəyyən etdilmiş digər sənədlər.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 iyul 2021-ci il saat 14.14-ə, tender təklifi və bank təminatını isə 9 avqust 2021-ci il saat 14.14-ə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Tender təklifi zərfləri 10 avqust 2021-ci il saat 14.14-də elektron portal vasitəsilə açılacaqdır
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.