“Azərbaycan Milli Antidopinq Agentliyi” Publik Hüquqi Şəxsi “Antidopinq sahəsinə aid sənədlərin tərcüməsi ilə birgə tibb, hüquq, əczaçılıq, ədəbi sənədlərin və digər materialların tərcümə işlərinin yerinə yetirilməsi” xidmətlərinin satın alınmasına dair açıq tender elan edir.
Penitensiar Xidmətin 3 milyonluq tenderinin qalibi - Bu Şirkət Oldu
FED.az xəbər verir ki, malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https:// www.etender.gov.az vahid internet Portalından tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.
Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalından əldə edə bilərlər.
Tenderdə iştirak haqqı 100 manatdır.
Təşkilat: “Azərbaycan Milli Antidopinq Agentliyi” Publik Hüquqi Şəxsi
VÖEN: 1503403061
Bank: “Unibank” CB-nin Mərkəz filialı
Kod: 512264
VÖEN: 1300017201
M/h: AZ46NABZ01350100000000015944
S.W.İ.F.T BIK- UBAZAZ22
H/h: AZ75UBAZ42284770640090AZN003
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq xidmətlər üzrə uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 iyul 2021-ci il saat 11:00-a, tender təklifi və bank təminatını isə 09 avqust 2021-ci il saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 10 avqust 2021-ci il saat 11:00-da dövlət satınalmalarının vahid internet Portalında həyata keçiriləcəkdir.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Bakı şəhəri, İzmir küçəsi, 8,Hyatt Tower III Tel: 599 08 28, Faks: 599 08 29 e-mail: [email protected]. Əlaqələndirici şəxs: Hacıyev Emil.