Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC-ın 9 mərtəbəli inzibati binasının fasad və pəncərələrinin yuyulması ilə bağlı elan etdiyi tender ləğv edilib. Səbəb isə kifayət qədər iştirakçının olmamasıdır.
Bu qurum influenserlərə 300 min manatdan çox pul ödəyəcək - ŞƏRTLƏR
FED.az xəbər verir ki, satınalma “Dövlət Satınalmaları haqqında” Qanunun 36.1.1-ci bəndinə əsasən etibarsız hesab edilib. Həmin bəndə görə, əgər tenderə minimum üç şirkət qatılmayıbsa, o etibarsız sayılır.
Bu da o deməkdir ki, AZƏRTAC-ın 21.782,80 manatlıq təmizlik sifarişi üçün heç 3 təchizatçı belə maraq göstərməyib. Nəticədə, müsabiqə ləğv olunub.
Tenderdə məqsəd agentliyə məxsus 9 mərtəbəli binanın fasad və pəncərələrinin 2025-ci il ərzində iki dəfə yuyulması idi. Müsabiqənin dərc edildiyi tarix 02 may 2025, təkliflərin son təqdim olunma vaxtı isə 19 may 2025 saat 16:00 idi. Həmin gün və saatda da zərflərin açılışı nəzərdə tutulmuşdu.