“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması (1), meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yaradılması (2), maşın və mexanizmlərə GPS izləmə sisteminin quraşdırılması(3), Ağstafa rayonu, Köçəsgər kəndində sel sularından mühafizə tədbirlərinin görülməsi (4) ilə bağlı elan etdiyi a4 çıq tenderə yekun vurub.
Eləcə də bax: "Azərsu" 163 500 manatlıq avtomobillər alır - TENDERİN NƏTİCƏSİ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderlərin qalibləri müvafiq olaraq "Prosys", "Datum", “Matrix” və “Real-İnşaat” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 0,69 milyon manat, 2,1 milyon manat, 0,657 milyon manat və 1,152 milyon manat, ümumilikdə isə 4,599 milyon manat ödəniləcək.