"Azərsu" ASC qəza bərpa avtomobillərinin satın alınması ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, 163 500 milyon manatlıq tenderin qalibi "Azərmaş Group" MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, tenderlə ağ və ya açıq rəngli, 2021 buraxılış illi, yanğın söndürən balonları olan və digər parametrlərə cavab verən avtomobillər alınacaq.