Azərbaycan Texniki Universiteti Mühafizə xidmətinin satınalınması üzrə açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender 1 LOT üzrə keçirilir.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatlar əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını "Asan Ödəniş" vasitəsi ilə hesaba köçürdükdən sonra müsabiqə üzrə "Əsas şərtlər toplusunu" əldə edə bilərlər.
Tenderdə iştirak haqqı 350 manatdır.
İştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat: Azərbaycan Texniki Universiteti
Hesab: AZ12AIIB33070019443307884103
VÖEN: 1300231171
Hesab: "Kapital Bank" ASC Yasamal filialı
Kod: 200037
VÖEN (bank): 9900003611
M/h: AZ37NABZ01350100000000001944
SWIFT: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilidə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri ( tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 14.12.2021-ci il saat 17:00 tarixinə qədər və tender təklifi və tender təklifinin bank təminatı sənədlərini 22.12.2021-ci il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 23.12.2021-ci il saat 12:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər. Maraqlanan təşkilatlar [email protected] email ünvanı və 012-539-11-19 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.