"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhimdar Cəmiyyəti tender elan edir.
Eləcədə bax: Fiziki Şəxs 226 min dəyərində tenderi uddu - QALİM KİMDİR?
FED.az xəbər verir ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC “Sabirabad və Salyan rayonlarındakı qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” (Sabirabad rayonu üzrə II mərhələ) və ”Şəmkir Maşın Kanalının nasos stansiyasının suvarma qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası” obyektlərinin tikintisinin davam etdirilməsinin satın alınması üzrə açıq tender keçirir.
Tenderdə iştirak etmək üçün müraciətin təqdim edilmə və tender sənədlərin alınma müddəti: 04.11.2020-ci il saat 18:00-dək.
Tender təkliflərini möhürlənib imzalanmış şəkildə 16.11.2020-ci il saat 17:00-dən gec olmayaraq, Bakı şəhəri, Moskva prospekti 69a, ünvanında yerləşən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-ə təqdim edilməlidir.
Əlaqələndirici şəxs – Qulami Aslanov
Telefon nömrələri: 431-08-64