Azərbaycan İnvestisiya Holdinqi “Azərbaycan İnvestisiya Holdinqinin əməkdaşlarının 2023-cü il ərzində xarici ölkələrə səfərləri ilə əlaqədar aviabiletlərin alınması və digər ezamiyyə xidmətlərinin təşkili, eləcə də ölkəmizə səfər edəcək xarici nümayəndə heyəti ilə, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin təmsilçilərinin iştirakı ilə işgüzar görüşlərin təşkili xidmətləri” üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. Müsabiqə dekabr ayının 20-də başlayır. Tələb olunan sənədlər yanvarın 16-dək, təkliflər isə yanvarın 25-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 26-da açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ1005, Bakı ş, Səbail r, Azərbaycan prospekti 6
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Hava sərnişindaşıma nəqliyyatı üzrə aviabiletlərin alınması (beynəlxalq reyslər) və səfərlə bağlı digər ezamiyyə xidmətlərinin təşkili |
PCR test, Bakıdan uçuşdan əvvəl (tələb olunduqda); Turist Sığortası, 1-5 günlük səfərlər üçün; COVİD Sığortası; Elektron Vizanın alınması; Gediş-dönüş aviabileti;PCR test, Bakıya dönüşdən əvvəl (tələb olunduqda). |
40 |
nəfər |
2 |
Azərbaycana gələcək əcnəbi nümayəndə heyəti ilə işgüzar görüşlərin təşkili |
Elektron vizanın alınması; Azərbaycan ərazisi üçün Turist Sığortası, 1-5 günlük səfərlər üçün; PCR test, Bakıdan uçuşdan əvvəl (tələb olunduqda); Mehmanxanada birnəfərlik Lyuks otaqda yerləşmə, səhər yeməyi daxil, 1-5 günlük; Bakı şəhəri və ətrafları ilə tanışlıq/ekskursiya; Tədbirin keçirələcəyi məkanın icarəsi (mehmanxanada görüş otağı); Maddi-texniki və təşkilati xərclər. |
6 |
nəfər |
3 |
Ölkə daxilində işgüzar görüşlərlə əlaqədar tədbirlərin təşkili |
Tədbirin keçirələcəyi məkanın icarəsi və işgüzar görüşlərin təşkili ilə bağlı maddi-texniki, təşkilati tədbirlər. |
200 |
nəfər |