“Azəralüminium” MMC 2 tenderə yekun vurub .
FED.az xəbər verir ki, “Alüminium lövhələrinin yayılması üçün yağlayıcı soyuducu mayenin satınalınması” tenderinin qalibi “Technoil” MMC olub.
Şirkətlə 369 134 manat məbləğində müqavilə imzalanıb.
“Elektroliz təknələri üçün silindrlər və təmir dəstlərinin satınalınması” təkliflər sorğusunun qalibi Luoyang Kaixuan New Material Technology Co., LTD olub
Şirkətlə 216 267 manat məbləğində müqavilə imzalanıb.