“Azəralüminium” MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda 300 cüt ikiqat nitril altlıqlı metallurq çəkmələrinin satın alınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 100 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1305481501
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri , Yasamal r-nu, İzmir küç. 14, ASK VILLA , AZ1065 .
Müsabiqənin başlama tarixi və vaxtı: 21.12.2023 11:39
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
19.01.2024 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 29.01.2024 17:00
Zərflərin açılış tarixi və vaxtı: 30.01.2024 10:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödənişlər mallar tam həcmdə təhvil verildikdən və təhvil-təslim aktı imzaladıqdan sonra Malgöndərənin təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 15 (on beş) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır. Avans ödənişi müqavilə məbləğinin maksimum 30 faizi qədər ola bilər. Malgöndərən təşkilat qiymət təklifini portala yükləyərkən Əsas Şərtlər Toplusunda yer almış Forma 1 və Forma 2 əsasında tərtib edilərək təsdiqlənmiş və portala yüklənmiş qiymət təklifi formasında avans tələbi ilə bağlı qeyd olduğu təqdirdə, müqavilə imzalandıqdan sonrakı 5 iş günü ərzində tələb edilən avans məbləği qədər avans təminatının qarantı, hesab-faktura və rəsmi müraciət məktubu portal vasitəsilə təqdim edilir, sənədlərdə tələblərə uyğunsuzluq mövcud olmadığı təqdirdə 7 (yeddi) bank günü ərzində avans ödənişi Malgöndərənin təqdim etdiyi bank rekvizitlərinə köçürülür. Avans ödənişi müqavilə məbləğinin maksimum 30 faizi qədər ola bilər. Malgöndərən təşkilat qiymət təklifini portala yükləyərkən Əsas Şərtlər Toplusunda yer almış Forma 1 və Forma 2 əsasında tərtib edilərək təsdiqlənmiş və portala yüklənmiş qiymət təklifi formasında avans tələbi ilə bağlı qeyd olduğu təqdirdə, müqavilə imzalandıqdan sonrakı 5 iş günü ərzində tələb edilən avans məbləği qədər avans təminatının qarantı, hesab-faktura və rəsmi müraciət məktubu portal vasitəsilə təqdim edilir, sənədlərdə tələblərə uyğunsuzluq mövcud olmadığı təqdirdə 7 (yeddi) bank günü ərzində avans ödənişi Malgöndərənin təqdim etdiyi bank rekvizitlərinə köçürülür.
Çatdırılma yeri: Mallar “Azəralüminium” MMC-nin Gəncə İstehsal Kompleksinə təhvil verilməlidir. Ünvan: Gəncə şəhəri, Yevlax şosesi 53
Çatdırılma müddəti : Satınalma müqaviləsi imzalandıqdan sonra, qalib şirkət malları 60 (altmış) təqvim günü ərzində tam həcmdə təhvil verməlidir. Avans ödəniləcəyi təqdirdə mallar avans ödənişi edildikdən sonrakı 30 təqvim günü ərzində tam həcmdə təhvil verilməlidir
Çatdırılma şərtləri : DDP
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elmir Vəliyev, Mütəxəssis
Email : [email protected]
Əlaqə telefonu : 050-289-74-33