“Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti LiuGongCPCD30 avtoyükləyici üçün ehtiyat hissələrinin satın alınması üzrə açıq tender elan edir.
Rəsmi məzənnələr açıqlandı
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba Asan Pay vasitəsi ilə köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
Əlaqə telefonu (mobil): (050) 2897433
Əlaqə telefonu (şəhər): 022 267 05 40 (daxili 1208)
Əlaqələndirici şəxs: Elmir Vəliyev
Elektron poçt: [email protected]
İştirak haqqı:
Lot 1: 25 (iyirmi beş) manat
Rekvizitlər:
VÖEN: 1305481501
Bank: “Azərbaycan Beynəlxalq Bankı “Gəncə” filialı
Kod: 509352
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T. BİK:İBAZAZ2X
İBAN:AZ36İBAZ40040019446110810255 AZN
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
2- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü müddətində qüvvədə olmalıdır);
3- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
4- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
5- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanların tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
6- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
7- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
8-Podratçının müəyyən etdiyi digər sənədlər
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağılı sualları Portal vasitəsi ilə Satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 02.07.2021-ci il saat 14:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 12.07.2021-ci il saat 18:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 13.07.2021-ci il saat 14:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
E-şərtlər toplusunu 09.06.2021 09:00 tarixindən sonra əldə edə bilərsiniz.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar Portal vasitəsi ilə aparılır.