“Azəralüminium” MMC 2 tenderə yekun vurub. Qalib şirkətlərlə toplamda 1 021 058 manat məbləğində müqavilələr imzalanıb.
FED.az xəbər verir ki, “sintetik kriolit (Na3AlF6) satınalınması” tenderinin qalibi “Yushan Fengyuan Chemical Co., ltd” olub.
Şirkətlə 907 800 manat məbləğində müqavilə imzalanıb.
“Müxtəlif növ nəqliyyat vasitələri və xüsusi texnikalar üçün şinlərin, kamerlərin və disklərin satın alınması” tenderinin qalibi “TS Motors” MMC olub.
Şirkətlə 113 258 manat məbləğində müqavilə imzalanıb.