Aqrar Xidmətlər Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Agentliyin tabeliyindəki Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriya və tabeliyindəki regional mərkəzlərində olan avadanlıqlarının cari təmir işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1504595531
Satınalan təşkilatın ünvanı:Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A
Müsabiqənin başlama tarixi və vaxtı: 09.11.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 04.12.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 12.12.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 13.12.2023 12:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmələr Satınalma müqaviləsi çərçivəsində göstəriləcək xidmətlərə mütənasib olaraq İcraçının təqdim etdiyi sənədlər (elektron qaimələr, təhvil-təslim aktı, digər sənədlər) əsasında Sifarişçi tərəfindən bank hesabına manatla köçürməklə, lakin 15 bank günündən gec olmamaq şərti ilə həyata keçirilir.
Çatdırılma yeri - Laboratoriya Ekspertiza Sertifikatlaşdırma Mərkəzinin Abşeron, Lənkəran, Şəki, Göygöl, Bərdə, Səlyan, Quba, Ucar, Sabirabad, Tovuz və Şamaxı regional mərkəzləri
Laboratoriya Ekspertiza Sertifikatlaşdırma Mərkəzinin Abşeron, Lənkəran, Şəki, Göygöl, Bərdə, Səlyan, Quba, Ucar, Sabirabad, Tovuz və Şamaxı regional mərkəzləri
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 29 dekabr 2023-cü il tarixinədək
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının Nizamnaməsi, İddiaçının Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən şəhadətnaməsi (VÖEN), İddiaçının dövlət reyestrindən çıxarışı;
İddiaçının bank rekvizitləri;
Tenderdə iştirak barədə ödəniş sənədi
İddaiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
İxtisas göstəriciləri:
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
Tender predmenti üzrə iş təcrübəsinin olması
Bu sahədə peşəkar olması
Texniki və maliyyə imkanın olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Pərvanə Sultanəliyeva, əlaqələndirici şəxs
Email: [email protected]
Əlaqə telefonu: 0124980844 (İP 5023)