Aqrar Sığorta Fondu daşınar əmlakının və nəqliyyat vasitələrinin sığortası üçün kotirovka sorğusu elan edib.
Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyinin tender - ELANI - SİYAHI
FED.az xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 22-si, saat 17:00-a qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanına təqdim edə bilərlər.
Təkliflərə avqustun 23-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq. (Report)