Ekologiya və Təbii Sərvətlər Nazirliyi « Ağsuçay su anbarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Geo Su Group” MMC olub. Şirkətlə 885 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin 44 min 501 manat dəyərindəki “Mərkəzi Aran iqtisadi rayonu üzrə qum-çınqıl, qum və alternativ xammalların axtarış qiymətləndirmə layihəsinin 2022-ci il üzrə çöl geoloji işlərinin satın alınması” (05.11.2022) tenderini qazanıb