Ağstafa Rayonu İcra Hakimiyyəti “Abadlıq işlərinin satınalınması» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «Topxana Layihə İnşaat» MMC olub.
Qalib şirkətə 195 min 880 manat ödəniləcək.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də Ucar Suvarma Sistemləri İdarəsinin 217 min 239 manat məbləğində “Qulabənd suvarma kanalının (PK31+00-PK43+00, L=1.2km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satın alınması” tenderi üzrə müqavilə bağlanılıb (23.06.2023).