Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi «Şirvan şəhərində abadlıq işləri» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Şabran-D" MMC olub. Şirkətlə 200 min 78 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Qobustan Şəhəri Üzrə İcra Nümayəndəliyinin 68 min 301 manat dəyərindəki “2021- ci il yekununa görə Maşın və avadanlıqların alınması” (25.11.2022) tenderini qazanıb.