Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi müəssisələrinin yeməklə təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Azərbaycanda meliorasiyaya dair 4 milyon manatlıq 4 tenderin qalibləri - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyevdir.
Qalibə 5,972 milyon manat ödəniləcək.