İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman və tibbi vəsaitlərin, eləcə də digər yüklərin daşınması üçün on bir ədəd yük avtomobil nəqliyyatı vasitələrinin satın alınması üzrə tender elan edir.
Eləcə də bax: MİDA Füzulidəki inşaat işlərinə ilkin olaraq 600 min manat - XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
08.04.2022-ci il saat 15:00-a kimidir və iştirak ödənişi 600 manatdır.
Tenderlə 10 ədəd soyuducu tipli yük avtomobil nəqliyyatı (Bortun növü-sendiviç panel, soyutma qabiliyyəti -20+8 ) və 1 ədəd evakuator alınacaq.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Cavid Əliyev, coordinator
Əlaqə: (012) 310-07-70 (2027)