"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (VÖEN – 9900069391) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Ağdərə rayonunun Zəylik, Ballıqaya, Çardaqlı və Maqrelelay yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin 35 və 0,4 kV-luq ÖİN şəbəkəsi ilə tam yenidənqurularaq elektrik enerjisi ilə təminatı işləridir. Ehtimal olunan qiymət 3 095 425 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 8 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 000 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Namik Heybətov - şöbə müdiri
[email protected]
+994 12 440 39 93 (9219)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 8 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Bakıxanov küçəsi - 13, AZ1065 ünvanına təqdim edə bilərlər.












