"Azərişıq" ASC (VÖEN – 9900069391) ümumi dəyəri 21 166 892 manat olan iki açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderlərin predmeti Qarabağ bölgəsində elektrik təchizatı şəbəkəsinin genişləndirilməsi və Qusar şəhərində yarımstansiyanın tikintisidir.
Satınalmalar aşağıdakı kimidir:
Xocavənd, Ağdərə və Xocalıda elektrik təchizatı işləri: Xocavənd şəhəri, Qırmızı Bazar, Sos, Ağdərə rayonu Vəngli, Çıldıran, Heyvalı, Kolatağ, Qozlu, Qozlukörpü, Həsənriz, Xocalı rayonu Xanabad və Şuşakənd kəndlərinin elektrik təchizatı layihəsi çərçivəsində işlərin satın alınması. Ehtimal olunan qiymət 15 400 065 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 6 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə olacaq. İştirak haqqı 2 310 manatdır.
Qusar şəhərində yeni yarımstansiya və xətlərin tikintisi: Mövcud 35/10 kV-luq "Qusar" yarımstansiyasının əvəzinə 2x10 MVA gücündə yeni yarımstansiya, idarəetmə mərkəzinin tikintisi və 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi. Ehtimal olunan qiymət 5 766 827 manat təşkil edir. Təkliflərin son təqdim olunma vaxtı 7 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə olacaq. İştirak haqqı 1 500 manatdır.
Tenderlər 10 fevral 2026-cı il tarixində dərc edilib. İstifadə haqqı hər bir tender üçün 25 manatdır.
Əlaqələndirici şəxs:
Namik Heybətov
Şöbə müdiri
+994 12 440 39 93 (9219)
İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Bakı şəhəri, Bakıxanov küçəsi - 13, AZ1065 ünvanına təqdim edə bilərlər.











