Milli Onkologiya Mərkəzi mühafizə xidmətinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Dövlət Agentliyi 2 milyon manatlıq tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, 336 090 manatlıq tenderin qalibi "Mühafizə-MN" MMC olub.
Tenderlə 13 xarici mühafizə postu (24 saat) və 19 daxili mühafizə postu 55 nəfər heyətdən ibarət olacaq.
Xatırladaq ki, "Mühafizə-MN" MMC bundan əvvəl Bakı Sağlamlıq Mərkəzinin mühafizə xərclərinin satınalınması üzrə 137 950 manatlıq tenderini qazanıb.