İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi modul tipli xəstəxanalardakı generetor, transformator, elektrik panelləri, qazanxana, işıqlandırma, havalandırma və oksigen sistemlərinə xidmət göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “İlk Az” MMC-dir.
Qalib şirkətə 2,204 milyon manat ödəniləcək. (Report)