Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Azərbaycanda ev təmiri üzrə - BÖYÜK TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, 3 milyon manatlıq tenderin qalibi “Conco” QSCp-dir.
Xatırladaq ki, “Conco” QSC bundan əvvəl MİDA MMC-nin Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli binalarının tikintisi üzrə 6 645 194 manatlıq tenderini qazanıb.