Dövlət Turizm Agentliyi Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınması üzrə tender elan edir.
İcra Hakimiyyəti abadlıq işləri üzrə tender – ELAN EDİR – SİYAHI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 24.06.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 1 500 manatdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – (+994 12) 5058704/ daxili 2304, mobil 051 229 60 15 (Mehman Bayramov)
Təşkilati və hüquqi sənədlər:
Məhkumluq barədə arayış - ASAN xidmətdən alınmış Daxili İşlər Nazirliyinin rəsmi sənəd yüklənməlidir.
Nizamnamə - notarial qaydada təsdiq olunmalı və portala yüklənməlidir.
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd - imza səlahiyyətini təsdiq edən sənəd (əmr, qərar və ya imza səlahiyyəti başqa şəxsə verildikdə etibarnamə)
Dövlət Qeydiyyatı haqqında şəhadətnamə - notarial qaydada təsdiq olunmalıdır.
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - elektron formada inteqrasiya prosesi tətbiq olunana kimi Vergilər Xidmətindən əldə olunmuş məktubun əsli skan olunmuş şəkildə və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş versiyası yüklənməlidir.