Azərsu ASC Prezidentin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 5.5-ci bəndi ilə içməli su təchizatı layihələri icra edilmiş və icra edilməsi nəzərdə tutulan şəhərlərin su mənbələrində iqlim dəyişmələrinin təsiri (quraqlıq, sel-daşqın, suyun keyfiyyəti və s.) qiymətləndirilməklə dayanıqlığın təmin edilməsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi işlərinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.
İnnovasiya və Təchizat Mərkəzi 2 milyon manatlıq tenderin - QALİBİNİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2 440 594 manatlıq tenderin qalibi Hinal Proje MMC-dir.
Xatırladaq ki, Hinal Proje MMC bundan əvvəl Azergold QSC-nin “AzerGold” QSC-nin Bakı şəhərində yerləşən mövcud və icarəyə götürülməsi nəzərdə tutulan ofis binalarında planlama-dizayn və onun əsasında smetanın hazırlanması üzrə 29 510 manatlıq tenderini qazanıb (08.08.2022).