Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tender elan edir. Tender 24 ərazidə adablıq işlərini nəzərdə tutur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, respublika üzrə bir sıra təhsil müəssisələrində abadlıq işlərinin satınalınması ezrə tenderdə iştirak haqqı 250 manatdır.
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi
09.12.2021-ci il saat 11:00 - a kimidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Mütləqdir (təsdiq olunmuş, son bir ay ərzində alınmış arayış)
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - Mütləqdir
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd - Mütləqdir
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd - Mütləqdir
İşlərinin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazəyə malik olmalıdır - Mütləqdir
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd - Mütləqdir
Rekvizitlər - Mütləqdir
Qeydiyyatdan keçdiyi ölkə - Mütləqdir
Nizamnamə - Mütləqdir (notariat qaydada təsdiq edilmiş)
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - Mütləqdir
Maliyyə vəziyyəti haqqında bank arayışı - Mütləqdir (01.11.2021-ci il tarixə hesabdakı qalıq göstərilməlidir)
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - Mütləqdir (son bir ildəki)
İddiaçının analoji işlərdə peşəkarlığı və təcrübəsi (bağlanılmış satınalma müqavilələrinin sürəti), işçilərinin peşəkar fəaliyyəti haqqında təsdiqedici sənədlər, potensial texniki və kadr imkanlarının olmasına dair rəsmi arayış; - Mütləqdir, iddiaçının peşəkarlığı və təcrübəsi barədə təsdiq edici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-ə uyğun)
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
Tender təklifi
Texniki təklif: 40 bal
Ödəniş şərtləri 20
Mütləqdir
İşlərin icra müddəti 20
Mütləqdir
Qiymət təklifi:: 60 bal
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı 2%
Tender təklifinin təminatının qüvvədə olma müddəti - Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Tender təklifinin təminatının məbləği - Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin qüvvədə olma müddəti - Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Tender təklifinin qiymətinin təsviri - 60
Tender təklifində və qiymət cədvəlində işlərin və xidmətlərin ümumi qiyməti (ƏDV daxil olmaqla) göstərilməlidir. Qiymət cədvəlində göstərilən qiymətlər, bütün xərclər, o cümlədən nəqliyyat, sığorta, vergi, rüsum və digər xərclər nəzərə alınmaqla əsas şərtlər toplusunda göstərilən işlərin və xidmətlərin bütün həcmini əhatə etməklə təqdim edilməlidir. Tender təklifində və qiymət cədvəlində təklif olunan işlər və xidmətlər tenderin əsas şərtlər toplusunda tələb olunan texniki xüsusiyyətlərə və paramertlərə uyğun olmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi Sirac Əliyev, Əsaslı Tikinti və Təchizat İdarəsinin Təmir-tikinti işlərinin təşkili və texniki nəzarət şöbəsinin müdiri - [email protected]
Telefon: 465-73-48 (110)
Tələb olunan iddiacıların sayı: 3