Dövlət Məşğulluq Agentliyi BACAR platformasının Peşəyönümü modulu üçün kontent materiallarının hazırlanması işlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Agentliyin 160 min manatlıq tenderini - BU ŞİRKƏT QAZANDI
FED.az xəbər verir ki, 234 min 997 manatlıq tenderin qalibi "UMA" MMC-dir.
Tenderlə fərqli peşə/ixtisas barədə peşə profillərinin hazırlanması, uşaqların peşə maraqlarının formalaşdırılması məqsədi ilə fərqli peşə/ixtisas barədə maarifləndirici cizgi filmlərin hazırlanması işləri görüləcək.
Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.