İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinin istifadəsi üçün tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 160 min 480 manatlıq tenderin qalibi "Referans Pharmaceuticals" MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, şirkət bundan əvvəl də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 708 min 303 manatlıq tenderinin qalibi olub.