Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikinti işlərinin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb.
Eləcə də bax: Qəbələdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Tenderin şərtlərinə görə, 5 rayonda – Şabran (15 ev), Bərdə (6 ev), Xaçmaz (5 ev), Gədəbəy (4 ev) və Cəlilabad (4 ev) olmaqla ümumilikdə 35 evin tikintisi nəzərdə tutulur.
Tenderin nəticələrinə görə, qalib «ECE GROUP» MMC şirkəti olub. Onunla 1 milyon 742 min manatlıq müqavilə imzalanıb.