2021-ci ilin yanvar ayından indiyə kimi Qəbələ rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 285 min 619 manat məbləğində 20 tender keçirilib.
Siyəzəndə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 4 tenderə 780 min 083 manat xərcləyib.
Qəbələ Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderi "MSDIS HOLDING" Məhdud Məsuliyyətli Cəmiyyəti şirkəti udub. Bele ki, "MSDIS HOLDING" MMC dəyəri 355 min 982 manat və 164 min 127 manat olan 2 tenderin qalibi olub.
Ailə, Qadın Və Uşaq Problemləri Komitəsinin Qəbələ Uşaq Və Ailələrə Dəstək Mərkəzi ümumi məbləği 24 min 073 manat olan 2 tender müsabiqəsi keçirib. Tenderlərin qalibləri “TZ-STONE” MMC(22 min 641 manat) və “DRESS UNİFORM” MMC (1 432 manat) olmuşdur.