Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTB) mal-materialların satın alınması tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: 20 manat nizamnamə kapitallı şirkət - 3 MİLYONLUQ TENDER UDDU
FED.az xəbər verir ki, tenderi "VİS" MMC qazanıb.
Samux MKTB abadlıq işlərinin aparılması məqsədilə mal-materialların satın alınması üçün "VİS" MMC-yə 167 min 349 manat ödəyəcək.
Qeyd edək ki, "VİS" MMC 3 fevral 2020-ci ildə 10 manat kapitalla yaradılıb. Şirkətin ünvanı Gəncə şəhəri, Ozan, ev 104, m. 9, qanuni təmsilçisi Hafiz Fərəcov Nazim oğludur.